Suraxanıda su nasos stansiyasında oğurluq - Fotolar
Suraxanı rayonu Əmircan qəsəbəsi İlham Şükürov küçəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 26 saylı su nasos stansiyasında oğurluq hadisəsi baş verib.
Naməlum şəxs və ya şəxslər stansiyanın pəncərəsindəki mühafizə barmaqlıqlarını qıraraq içəri daxil olub, 2 ədəd elektik idarəolunma lövhəsini sökərək oğurlayıb. Həmin avadanlıqlar stansiyanın 75 kilovotluq 2 nasos qurğusunun idarə olunmasını təmin edirdi.
Elektrik idarəolunma löhvələrinin oğurlanması səbəbindən stansiyanın fəaliyyəti dayanıb və bu gün səhər saatlarında Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi mümkün olmayıb.
Baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda ərazidə təhqiqat və araşdırma işləri həyata keçirilir. Eyni zamanda “Azərsu” tərəfindən nasos stansiyasının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-02-2024, 14:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO