Xaricdən göndərilən narkotikləri Yevlaxda satmaq istədilər - Foto

Xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən 19 kiloqrama yaxın narkotik vasitələrin respublika ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Bu barədə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı Tərtər rayon sakinləri, əvvəllər məhkum olunmuş Yusif Misirzadə və Elvin Kərimli saxlanılıb. Şəxsi axtarış zamanı Yusif Misirzadədən 2 kiloqram 255 qram heroin və marixuana, eləcə də onların narkotik vasitələri götürdükləri ərazidən 16 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin sosial şəbəkədə tanış olduqları xarici ölkədə yaşayan narkotacir tərəfindən pul və narkotik vasitə qarşılığında narkokuryerliyə cəlb edilmələri məlum olub. Onlar ifadələrində 1000 manat pul qarşılığında həmin narkotiki Yevlax rayonuna aparmağa razılaşdıqlarını bildiriblər.
Keçirilən digər əməliyyat zamanı isə rayon ərazisində narkotiklərin dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən tədbirlər zamanı isə 2 ədəd “Kalaşnikov” markalı avtomat və 2 ov tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-01-2024, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT