Ata və oğlunun maşınları necə toqquşdu? - Video

Ucar rayonunda ata və oğlunun sürdüyü avtomobillərin toqquşması ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.
Regionxeberlericom.az-ın “Qafqazinfo”a istinadən məlumatına görə, ilkin araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı 1956-cı il təvəllüdlü Tahir Əhədov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Ucardan yaşadığı Qazyan kəndinə qayıdırmış. O, kənd yoluna dönərkən qarşı tərəfdən oğlu Abdul Əhədovun sürdüyü eyni markalı maşını görüb və oğlunun ona yol verəcəyini zənn edərək dönmə manevri həyata keçirib. Bu zaman rayon mərkəzi istiqamətində hərəkətdə olan Abdul Əhədovun sürdüyü avtomobil atasının maşınına çırpılıb.
Toqquşma nəticəsində T.Əhədov vəfat edib, oğlu xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ata və oğlu arasında əvvəllər hər hansı münaqişə və narazılığın olmadığı, hadisənin təsadüf nəticəsində baş verdiyi bildirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-08-2023, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...