reklam
Regionxeberlericom.az » Hadisə » Sumqayıtda silahlı saxlanıldı: taxta sexində gizlətmişdi

reklam

Sumqayıtda silahlı saxlanıldı: taxta sexində gizlətmişdi


Sumqayıtda silahlı saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində İnşaatçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ərəstun Zülfüqarov ələ keçirilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.

Araşdırmalarla onun odlu silah gizlətməsi də müəyyən olunub.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində yerləşən taxta sexlərinin birində gizlətdiyi nömrəsi silinmiş “Baykal” markalı tapança və 176 ədəd patron da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
26-06-2023, 18:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər