reklam
Regionxeberlericom.az » Hadisə » Lerikdə tur zamanı FACİƏ: dərəyə düşüb öldü

reklam

Lerikdə tur zamanı FACİƏ: dərəyə düşüb öldü


Lerikdə istirahətə gedən şəxs bədbəxt hadisə nəticəsində ölüb.

Regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, Səngəçal qəsəbə sakini 55 yaşlı Füzuli Seyfulla oğlu Hacıyev turla Lerik rayonuna istirahətə gedib. F.Hacıyev burada turdan bir az aralanaraq, dərəyə tərəf baxmağa gedib. Bu zaman onun ayağı sürüşüb və təqribən 80 metrlik dərəyə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin( FHN) Cənub mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində F.Hacıyevin meyiti dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.





Paylaş:


Müəllif : Tarix:
26-06-2023, 17:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər