reklam
Regionxeberlericom.az » Hadisə » Nişanlısının bacısını izləyən oğlanı ürəyindən bıçaqladı - TƏFƏRRÜAT

reklam

Nişanlısının bacısını izləyən oğlanı ürəyindən bıçaqladı - TƏFƏRRÜAT















Bakıda adam öldürməyə cəhddə təqsirli bilinərək məhkum olunan Elxan Məlikovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

RegionXəbərləricom.az "Ölkə.Az"a istinadla xəbər verir ki, hadisə Nizami rayonundakı “Lotos” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Sirac Mayılov Elxan Məlikovla mübahisə edib.

Mübahisə zəmanı Elxan Məlikov Sirac Mayılova ürək və qarın nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirib və hadisə yerini tərk edib.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Elxan Məlikov həbs edilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Elxan Məlikov ifadəsində bildirib ki, məhkəmələrdə və digər inzibati binalarda elektron sistemlərin quraşdırılması ilə məşğul olub. Bununla əlaqədar tez-tez ezamiyyətlərə göndərilib. Axırıncı dəfə Ağstafa rayonuna gedib.

2019-cu ilin dekabr ayında nişanlısının bacısı Səlimətdən onu 4 ildir bir nəfərin narahat etdiyini öyrənib. Qız deyib ki, dəfələrlə oğlana axrasınca gəlməməsi üçün xəbərdarlıq edib. Bir dəfə rayonda olanda bilib ki, Sirac yenədə qızın ardınca gəlib. O, taksi ilə şəhərə gəlsə də həmin şəxslə görüşə bilməyib. Növbəti ezamiyyətə gedərkən zəng edib Səlimətdən harda olduğunu soruşanda, qız avtobusla işdən qayıtdığını və Siracında həmin marşurutda olmasını söyləyib:

"Dedim narahat olma məndə metronun "Xalqlar Dostluğu" stansiyasının yanında avtobusa minəcəm. Dayanacaqda marşruta minəndə Səlimət mənə işarə ilə Siracı göstərdi. Evin yaxınlığında Səlimət düşəndə Siracda arxasınca avtobusdan düşdü".

Elxan Məlikov sonra bildirib ki, bu zaman o Siracın qolundan tutub sözü olduğunu deyəndə sonuncu qolunu çəkib və onu tanımadığını bildirib. Qaçmaq istədiyini hiss etdiyi üçün cibindən çıxardığı bıçaqla onun ürək və qarın nahiyyələrinə çoxsaylı xəsarətlər yetirib.

Zərərçəkmiş Sirac Mayılov ifadəsində bildirib ki, marşurut avtobuslarda hərəkət edərkən Səliməti görüb və ondan xoşu gəlib.

Dekabrın 25-də avtobusa minərək qabaq oturacaqlardan birində əyləşib. Səlimət arxada oturub. Qarayev prospektində qızın arxasınca düşəndə tanımadığı şəxs sağ qoluna girib və onunla işi olduğunu deyib. Qaçmaq istəyəndə ayağı büdrəyib və yerə yıxılıb. Bu vaxt Elxan bıçaqla onu vurmağa başlayıb. O, qışqıraraq yanlarında keçən insanlardan kömək istəyib. Elxandan aralaşıb bir az qaçmaq istəyən zaman müvazinətini itirərək yenidən yıxılıb.

Məhkəmə iclasında Elxan Məlikov ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə düzgün tövsif edilməyib.

Elxan Məlikovun əməli CM-nin 29.120.1-ci ( qəsdən adam öldürəyə cəhd) maddəsi ilə tövsif edilməli və həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır.

Sonda məhkəmənin hökmü ilə Elxan Mılikov 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.




Paylaş:


Müəllif : Tarix:
9-06-2023, 11:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər