Qubada uşaq bağçasında ilanlar aşkarlanıb - VİDEO

Qubada uşaq bağçasında ilanlar aşkarlanıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində yerləşən 17 saylı uşaq bağçasında baş verib. Uşaq bağçasının tavanında bir neçə ilan aşkar olunub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov məsələ ilə bağlı məlumatlarının olduğunu və problemin həlli üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb:
“Bir neçə gün öncə bağça rəhbərliyi və tərbiyəçilər ilan görüblər. Düşünürük ki, bu, mövsümlə bağlıdır. Dərhal tərəfimizdən aidiyyəti üzrə məlumat verilib. Bundan sonra Elm və Təhsil Nazirliyinin əsaslı tikinti və təchizat idarəsi tərəfindən uşaq bağçası iki dəfə xüsusi dezinfeksiya olunub. Bundan sonra həmin ərazidə ilan müşahidə olunmayıb. Lakin valideynlərin narazılığını və narahatçılığını nəzərə alaraq bağçanın tavan və döşəməsinin əsaslı təmirinə qərar verilib. Artıq aidiyyəti üzrə tikinti idarəsi tərəfindən baxış keçirilib. Sabahdan artıq təmir işlərinə başlanılacaq”.
O, həmçinin deyib ki, həmin bina 1946-cı ildə inşa olunub. Binanın dam örtüyü dəyişdirilib və bir neçə dəfə əsaslı təmir işləri aparılıb. Növbəti illərdə bağça üçün yeni inzibati binanın tikintisi nəzərdə tutulur.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2023, 15:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təkrar sertifikatlaşdırmaya əsasən yaranan vakant yerlərə yeni müəllimlər təyin olunublar

`Bolmart` vətəndaşı parkinqlə `cəzalandırır` - Müştəriyə "qapı açıq", müştəri deyilsənsə "pul ödə"

Adına 10-a yaxın şirkət açılan, kirayədə girov kimi saxlanılan Saatlı sakini həbs edilib – Milyonlarla borc…

Xalqımız şəhid cənazələri qəbul edir – Kardiologiya İnstitutunun direktoru isə… – VİDEO

AZAL-ın hazırkı rəhbərliyi Canikin ölənlərinə rəhmət oxutmağa şiddətli şəkildə and içib.

Kəmaləddin Heydərovun müavininin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

“Azıx və Tağlar mağaraları” nominasiyası UNESCO-nun İrs Komitəsinin İlkin siyahısına salınıb

Azərbaycan təkcə erməniləri Qarabağdan çıxarımır: Həm də rusları... Güney Qafqazdan ÇIXARIR...

Tural Məmmədov: “Azərbaycanda dövlət qurumlarının adlarına uyğun yaradılan saxta domenlərin sayı açıqlanıb”