Tanınmış həkimin oğlu həbs edildi

Lənkəranda bir neçə gün əvvəl ölümlə nəticələnən qəza törətmiş 22 yaşlı Əli Rufullazədə həbs olunub.
Məlumata görə, onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə ilkin olaraq 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Rufullzadə barəsində açılmış cinayət işi üzrə Lənkəran ŞRPŞ-də ibtidai istintaq davam etdirilir.
Məlumatı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan saytımıza təsdiq ediblər.
Qeyd edək ki, 22 yaşlı Əli Rufullazadə məşhur həkim, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində çalışan mama-ginekoloq Mehparə Rufullayevanın oğludur. Onun bir neçə ay öncə “VAZ-2107” avtomobili ilə Nizami və Tağıyev küçələrinin kəsişməsində ölümlə nəticələnən daha bir qəza törətdiyi məlum olub.
Bu dəfə isə Əli Rufullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin “VAZ-2106” avtomobilinə çarpılması nəticəsində sonuncunun sürücüsü, 37 yaşlı Nahid Turabov hadisə yerindəcə vəfat edib. Onun iki azyaşlı qız övladı olub. Avtomobildə sərnişin qismində əyləşən 39 yaşlı Ülviyyə Hüseynova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2023, 17:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Faktor Lizinq” MMC-nin sahiblərinin aldadıb ölümlə hədələdiyi xanım Mehriban Əliyevadan kömək istəyir: Tək ümidim sizədir

Naxçıvanın təhsil naziri məktəbli qızlara qalstuk satır... - Allah bazar verməsin heç...

"Körpü-Bina-Tikinti MMC" Qarabağda 20,3 milyon manata 12 bina tikəcək - TENDER NƏTİCƏSİ

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısına DƏYİŞİKLİK EDİLDİ

Uşaqlar yox...onların ataları FHN-yə bir buyursunlar... - Kəmaləddin Heydərovla bağlı ŞOK FAKTLAR...

“Vaqnerçilər mənə işgəncə veriblər” -Priqojinin əsir götürdüyü Rusiya polkovniki danışdı