İranla sərhəddə İNSİDENT: xəsarət alan var
Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 62 kiloqram 764 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, martın 1-də saat 1:30-da “Göytəpə” sərhəd dəstəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1 (bir) nəfər şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxsin Ağsu rayon sakini 37 yaşlı Manafov Məmməd Ağahəsən oğlu olması müəyyən edilib. Üzərindəki bağlamaya baxış zamanı ümumi çəkisi 17 kiloqram 600 qram narkotik maddə marixuana və 1430 ədəd psixotrop tərkibli Metadon-40 həbi aşkar olunaraq götürülüb.
Martın 2-də saat 0:10-da Astara rayonu Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxslərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib. Aparılmış axtarış-əməliyyat tədbirləri nəticəsində ərazidən 90-BZ-775 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtombillə uzaqlaşmağa cəhd edən Şirvan şəhər sakinləri 48 yaşlı Əliyev Əli İsrafil oğlu, 21 yaşlı Balayev Arif Alxas oğlu və avtomobilin sürücüsü 36 yaşlı Mirzəyev Kamal Əliməmməd oğlu saxlanılıblar. Şəxslərin üzərinə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 10 kiloqram 155 qram narkotik maddə marixuana aşkar olunaraq götürülüb.
Saxlanılarkən A.Balayev sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayaraq müqavimət göstərib, qaça bilməyəcəyini anladıqa isə üzərində olan bıçaqla özünə xəsarət yetirib. A.Balayevə dərhal ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Martın 2-də saat 2:10-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu Zevin kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 8 kiloqram 609 qram narkotik maddə marixuana və 63 qram civənin, saat 04:30-da “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Aşağı Yağlıvənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 18 kiloqram 400 qram narkotik vasitənin ( 17 kq 400 qram marixuana, 400 qram heroin, 500 qram tiryək), saat 7 radələrində Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən ümumi çəkisi 7 kiloqram 100 qram narkotik maddə marixuananın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-03-2023, 15:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video