reklam
Regionxeberlericom.az » Hadisə » Bakı və Sumqayıtda velosiped oğruları tutuldu

reklam

Bakı və Sumqayıtda velosiped oğruları tutuldu


Bakıda evin girişindən velosiped oğurlayan saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 28-də Yeni Günəşli qəsəbəsindəki evlərin birinin girişindən velosiped oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakini S.Məhərrəmov saxlanılıb.

Həmçinin fevralın 28-də Sumqayıt şəhəri 6-cı mikrorayondakı evlərin birinin zirzəmisindən velosiped oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məhərrəmov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
1-03-2023, 14:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər