Kürdəmirdə avtomobilləri daşıyan maşın yandı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Sığırlı kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Məlum olub ki, yanğın qoşqusunda 8 ədəd müxtəlif markalı minik avtomobilləri olan “Mercedes-Benz Actros” markalı yük avtomobilinin mühərrik hissəsində baş verib və genişlənmə riski var.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə və qoşqudakı avtomobillərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi və qoşquda olan minik avtomobilləri yanğından mühafizə olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-01-2023, 12:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Şəkidə vətəndaş “əlillik pensiyası” adı ilə aldadıldığını iddia edir — Baş Prokurora müraciət

"100 bal yığan uşağa necə deyim ki, qəbul olmamısan?" - Şəkidə musiqi məktəbində nə baş verir?

Rəqəmsal zəkanın qızıl qiyməti: Süni intellekt tərtibatçıları Openheymerdən 327 dəfə çox qazanır

Yohan Vadeful: "Minsk qrupunun buraxılması ilə bağlı razılığın əldə olunması xüsusi önəm daşıyır"

“Kristal Abşeron”-un işçisi qoculuq edir - “Kristal Abşeron”la narazı sakin arasında yeni qalmaqal

“NƏTİCƏ YAXŞI DA OLA BİLƏR, PİS DƏ...” – “Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür”

Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Qırmızı bülletenlə axtarılan 37 azərbaycanlı: Onlar hansı cinayətlərdə ittiham olunurlar?