reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda yaşayış binasında yanğın olub - Video

reklam

Bakıda yaşayış binasında yanğın olub - Video

















Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş verdiyi və hər an genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnika - avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı binanın damında tüfeyli həyat tərzi keçirən 1 nəfər kişi yanğınsöndürənlər tərəfindən xilas olunub.

Yanğın nəticəsində binanın ümumi sahəsi 1470 m² olan dam örtüyünün taxta atmaları təxminən 26 m² sahədə yanıb, yüksək temperaturdan taxta atmalar 25 m² sahədə qarsalanıb. Mənzillər və dam örtüyünün böyük hissəsi yanğından mühafizə olunub.





Paylaş:


Müəllif : Tarix:
8-10-2022, 09:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər