reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nizami rayonundakı partlayışın təfərrüatı... - FHN açıqladı

reklam

Nizami rayonundakı partlayışın təfərrüatı... - FHN açıqladı

















Məlumat verildiyi kimi, ötən gecə Bakı şəhəri, Nizami rayonu,Əlif Hacıyev küçəsi, 19 ünvanında yerləşən binada yanğınla nəticələnən partlayış baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınla nəticələnən partlayışın beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verdiyi və yanğının hər an genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və digər mənzillərə keçməsinə imkan verilməyib.

Partlayışın təsirindən ümumi sahəsi 36m² olan ikiotaqlı mənzilin bir otağının arakəsmə divarı və eyvanı dağılıb, yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 13m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə zamanı mənzildə kirayəçi yaşayan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.




Paylaş:


Müəllif : Tarix:
9-10-2022, 12:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər