4 il həbsdə qalan şəxs bəraət aldı - həbsxanada qaldığı günlərə görə pul, qonşulara isə məktub tələbi

Azərbaycanda kifayət qədər maraqlı sayıla biləcək məhkəmə çəkişməsi baş tutub. 4 il həbsdə qalan şəxs bəraət alıb və bundan sonra öz hüquqlarını bərpa etmək üçün məhkəmələrə müraciət edib.
Musavat.com xəbər verir ki, 60 yaşlı Natiq Bədəlov dələduzluqda ittiham edilərək 8 il azadlıqdan məhrum edilib. Məhkəmə 4 il sonra onun barəsində bəraət hökmü çıxarıb.
Bundan sonra Natiq Bədəlov işsizliyə görə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətini məhkəməyə verib.
Natiq Bədəlov bundan başqa qanunsuz həbsdə saxlanmasına görə Maliyyə Nazirliyinə qarşı da iddia qaldırıb. O, 4 il həbsdə qaldığına görə kompensasiya tələb edir.
Belə ki, Bədəlov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nərimanov rayon Məşğulluq Mərkəzindən dörd il əvvəl iş istəyib. Amma o işlə təmin olunmayıb.
Bədəlov deyir ki, Məşğulluq Mərkəzi vəzifəsinin öhdəsindən gələ bilmir: "Dörd il ərzində işlə təmin olunmadım. Mənə həm maddi, həm də mənəvi ziyan vurub. Məşğulluq Mərkəzinin üzərinə 25 min manat kompensasiya ödəmək öhdəliyi qoyulmalıdır".
Məşğulluq Mərkəzindən isə bildirilib ki, N.Bədəlov 6 noyabr 2015-ci ildə işaxtaran vətəndaş kimi müvəqqəti qeydiyyata alınandan sonra ona bir neçə müəssisədə vakant iş yerləri təklif olunub. Ancaq özü imtina edib, deyib ki, yaşına uyğun işdə çalışmaq istəyir.
Məhkəmə bu iddianı təmin etməyib. Bildirilib ki, Bədəlov tələb etdiyi 25 min manatı hansı əsasla tələb eydiyini sübut edə bilmir. Buna görə də iddia rədd edilib.
Bədəlovun Maliyyə Nazirliyinə qarşı kompensasiya tələbi isə qismən təmin edilib. O, həbsdə saxlandığı 1735 günün hər birinə görə 165 manat tələb edir.
Bundan əlavə, o, iş yerini itirməsinə görə 150 min, özünə və ailəsinə dəymiş mənəvi ziyanın əvəzi kimi 100 min manat tələb edir. Onun cəmi tələbi 746 min 875 manat olub.
Bədəlov həmçinin tələb edib ki, oğlunun təhsil haqqı ödənilsin və universitetə bərpa edilsin, Naxçıvanda yaşayan anasına, Bakıda ailəsinin yaşadığı ünvandakı qonşularına onun bəraət alması haqda bildiriş göndərilsin.
Məhkəmə iddianı qismən təmin edib. Bədəlova mənəvi ziyana görə 8 min, maddi ziyana görə isə 1900 manat kompensasiya ödəniləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2019, 15:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-07-2019, 15:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO