Abşeron xəstəxanasının vəzifəli şəxsinə şərti cəza verilib
“Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi (PHŞ) Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Qənitə İsmayılova hökm oxunub, ona şərti cəza verilib.
Bu barədə hökm Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Q.İsmayılova “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsində işləyərkən 2021-ci ilin aprel-sentyabr ayları ərzində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədən COVID-19 vaksinasiyası üzrə prosesin düzgün və keyfiyyətli aparılmasına şərait yaratmayıb, Mərkəzə məxsus möhürü özündə saxlamalı olduğu halda ayrı-ayrı tibb müəssisələrinin işçilərinə verib.
Cinayət işinin istintaqı zamanı Q.İsmayılovanın işinə laqeyd münasibətindən istifadə edən həmin işçilər tərəfindən hər iki doza üçün qanunsuz olaraq ümumilikdə 67 nəfərin “Sinovac” peyvəndi ilə vaksinasiya olunmalarına dair yalan məlumatların rəsmi sənədlərə, eyni zamanda “analiz.its.gov.az” rəsmi elektron portalına daxil edilməsinə, yol verilən qanunsuz əməllərin ört-basdır edilməsi məqsədi ilə 2 min 700 manat dəyərində 130 ədəd peyvənd flakonunun boşaldılaraq tullanılmasına, bununla da dövlətin epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılması, eləcə də vaksinləşmənin təmin edilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlarla Q.İsmayılova Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-03-2022, 12:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II