reklam
Regionxeberlericom.az » Hadisə » Qızını qətlə yetirən ATA TUTULDU - YENİLƏNİB

reklam

Qızını qətlə yetirən ATA TUTULDU - YENİLƏNİB


Martın 6-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü Ramilə Əsədovanın Füzuli rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Respublika Baş Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramilə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ağarəhim Niftəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

02.45

Füzulidə ata evdə qızını qətlə yetirib.

regionxeberlericom.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki,hadisə Qarabağ kəndində qeydə alınıb.

Kəndi sakini, Ağarəhim Əsədov ailə münaqişəsi zəminində qızı 1989-cu il təvəllüdlü Əsədova Ramiləni bıçaqla qətlə yetirilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
7-03-2022, 10:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər