Bakıda əxlaqsızlıq yuvasını POLİS BASDI: saxlanılan var
Bakıda polis fahişəliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Məlumata görə, son vaxtlar sosial şəbəkələrdə və xəbər saytlarında Bakının Sabunçu rayonunda Sabunçu Dəmiryol vağzalının yanında yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil etməsinə dair məlumatlar yayılıb. Yayılan məlumatlarla əlaqədar ötən gecə polis adı çəkilən ünvanda əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.
Kafenin peyk görüntüsü
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elaşd Hacıyev bildirib ki, Sabunçu qəsəbəsi ərazisində yerləşən kafelərin birində əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib. Əxlaqsızlıq yuvasını təşkil etməkdə şübhəli bilinən kafenin icarədarı, Balakən rayon sakini, əvvəllər də fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə məhkum olunmuş Sona Cumayeva saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlayıb. İstintaq hərəkətləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-03-2022, 10:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı