Narkotacirdən "Kalaşnikov" və 1000-dən çox güllə tapıldı-FOTO

Gəncə sakində narkotik və silah aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlham Cəfərovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Baxış zamanı oradan 66 ədəd ümumi çəkisi 4 kq 510 qram çətənə kolu və 0.690 qram qurudulmuş marixuana aşkar olunub.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İ. Cəfərovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 3 ədəd həmin avtomata məxsus daraq, 1 ədəd susturucu və 1088 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Paylaş:
Müəllif : Yazar
Tarix:4-08-2021, 09:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-08-2021, 09:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:43
10-09-2025, 14:09
10-09-2025, 08:18

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”

ADSEA -nin daha bir QALMAQALI: Vergi borclu şirkətlə 2,8 milyonluq müqavilə bağlandı