Bakıda "tiryəkxana" aşkar edildi, 5 nəfər saxlanıldı - VİDEO

Suraxanı rayonu Bülbülə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana” aşkar edilib.
Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı müəyyən edilib ki, qəsəbə ərazisində yerləşən həmin ünvanda narkotik vasitələrin qəbulu və satışı təşkil edilir. Tədbir zamanı orada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Suraxanı rayon sakinləri Tərlan Əsmətov, Rəhman Əliyev, Baloğlan Mehtiyev, Ruslan Doçenko və Xəlil Kavadze saxlanılıblar. Onların üzərlərinə baxış zamanı ümumilikdə 10 qarama yaxın heroin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində Bülbülə və Əmircan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-08-2021, 16:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-08-2021, 16:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...