Qəbələdə yol qəzası: Ölən var

Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
RegionXəbərləri.com report-a istinadən xəbər verir ki, hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qəbələ rayon Bum kənd sakini Eyyubov Tərlan Tapdıq oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Göyçay rayon sakini Yusifov Nəsib Şakir oğlunun sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ-2107”-də olan 1964-cü il təvəllüdlü Vilayət Baxış qızı Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada keçiniblər. “VAZ-2017″də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.
Faktla bağlı araşdırma aparılır.
22:57
Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Savalan kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Yusifova Vilayət Baxış qızının meyitini deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-05-2021, 22:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-05-2021, 22:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:22
Bu gün, 10:04
Bu gün, 08:13
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25
1-09-2025, 08:20
31-08-2025, 14:13

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video