Ermənistanın atdığı mərmi nəticəsində yanğınlar baş verib

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan vurur.
regionxeberlericom.az FHN-ə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə yanğın baş verib, 20 ha sahədə qamışlıq, kol-kos və ağaclıq yanıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən görülən tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə mərmi düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Yanğın zamanı tövlənin içərisində olan 3 baş iribuynuzlu heyvan çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Düşmənin atdığı mərmi Ağdam rayonunun Evoğlu kəndində vətəndaşa məxsus təsərrüfat obyektində yanğına səbəb olub. Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində obyektin bir hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-10-2020, 17:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-10-2020, 17:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO