Ermənilərə işləyən FTB əməkdaşı saxlanılıb

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayılmış məlumata əsasən, Kaliforniyanın San Fransisko şəhərində Federal Təhqiqatlar Bürosu (FTB) və Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində keçən il təqaüdə çıxmış FTB əməkdaşı Babak Brumand (Babak Broumand) saxlanılıb.
Qeyd olunan şəxsin erməni mütəşəkkil cinayətkar qrupları ilə əlaqəli olan vəkildən (istintaqa könüllü köməklik göstərdiyi üçün anonimliyini qorumaq məqsədilə adı çəkilmir) 200 min ABŞ dolları məbləğində rüşvət aldığı iddia edilir.
Belə ki, iddiaya əsasən 2014-cü ildə B.Brumandla tanış olan vəkil bir müddət sonra ondan müəyyən məbləğ müqabilində FTB daxili bazasında cinayətkar qrup üçün lazımi məlumatların yoxlanılmasını xahiş edib.
B.Brumand təklifi qəbul edib və sözügedən vəkildən 2015-2017-ci illərdə hər ay 10 min ABŞ dolları məbləğində rüşvət alıb. Bu cür qanunazidd tərəfdaşlıq zamanı vəkil ilk olaraq özü, daha sonra isə işlədiyi erməni əsilli mafiya başçısı, Lev Aslan Dermen kimi tanınan Levon Termendzhyan haqqında FTB bazasında hər hansı axtarış xarakterli məlumatların mövcudluğunun araşdırılmasını xahiş edib.
B.Brumand 2015 və 2016-cı illərdə qeyd olunan şəxs barədə vəkilə FTB-nın daxili bazasındakı məlumatları ötürüb və nəticədə erməni cinayətkarın adından ona aylıq vəsaitdən əlavə 36 min ABŞ dolları dəyərində “Ducatti” motosikleti hədiyyə edilib.
B.Brumand bundan əlavə, L.Termendzhyan ilə əlaqədə olan ABŞ Daxili Təhlükəsizlik Departamentinin xüsusi agenti Feliks Sisnerosa (Felix Cisneros) qarşı FTB tərəfindən aparılan istintaqa süni maneçilik törətməkdə də günahlandırılır.B.Brumandın hazırkı qanunvericiliyə əsasən 5 ilədək müddətə həbs olunacağı gözlənilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-05-2020, 15:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-05-2020, 15:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 16:01
Dünən, 15:59
Dünən, 15:58
Dünən, 09:32
Dünən, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22
3-09-2025, 10:04
3-09-2025, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT