Balakəndə 5 nəfər tutuldu, 33 kilo narkotik götürüldü

Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayonun Qazma kənd sakini, 52 yaşlı Elman Məmliyev saxlanılıb. Onun kənd ərazisində yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə yerləşən istixanada aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 25 kq 440 qr olan 90 ədəd narkotik tərkibli çətənə bitkiləri və həmin bitki kollarının ətrafına qurutmaq üçün sərdiyi 7 kq 185 qr qurudulmamış marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən Balakən şəhər sakinləri, Qəhraman Bayramov və onun idarə etdiyi “Xəzər” markalı avtomobildə sərnişin qismində əyləşən Mətin Məmmədov, Elvin Borayev və Elxan Əsədov saxlanılıb.
Şəxsi axtarış zamanı əvvəlki məhkumlar - Q.Bayramov və E.Borayevdən narkotik vasitə heroin, M.Məmmədovdan isə 340 qr qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-05-2020, 11:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-05-2020, 11:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 16:01
Bu gün, 15:59
Bu gün, 15:58
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT