15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə... - Azərbaycanda müəllimdən şok əməl

Şəmkir rayonunda azyaşlıya təcavüz etməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Oruc Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Oruc Quliyev keçmiş nişanlısı Samirə Əliyevanı (cinayət işində adı keçən zərərçəkmişlərin, onların yaxınlarının ad və soyadları şərti verilib – red.) 16 mart 2016-cı il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Cavadxan küçəsi ilə Əttarlar küçəsinin kəsişməsində yerləşən “Qədim şəhər” restoranının yaxınlığında sonuncunun tanımadığı avtomaşına minməsini görüb.
Nişanlısına dəhşətli əməl
Bu zaman Oruc Quliyev avtomaşına yaxınlaşaraq qapısını açıb və qısqanclıq zəminində əvvəlcə əli ilə Samirə Əliyevanın sifət nahiyəsindən, sonra isə üzərinə gəzdirdiyi bıçaqla sağ baldır nahiyəsindən qəsdən bir dəfə vurub. Oruc Quliyev Samirə Əliyevanın sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurub.
Sevgilisi olan şagirdi ilə cinsi əlaqədə oldu
Bundan başqa, Oruc Quliyev müəllim kimi fəaliyyət göstərməyə səlahiyyəti olmadığı və müvafiq dövlət orqanlarından rəsmi olaraq hər hansı razılıq (lisenziya) almadığı halda Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 477 ünvanında yerləşən evi kirayə götürüb. O, həmin evdə qanunsuz olaraq rəqs kursu təşkil edib və orada rəqs müəllimi kimi fəaliyyət göstərib.
Oruc Quliyev 2 yanvar 2018-ci il tarixdə, saat 04 radələrində əvvəllər rəqs etməyi öyrətdiyi və aralarında sevgi münasibətləri yaranmış Goranboy rayon sakini, 2002-ci il təvəllüdlü Sahibə Səmədovanın onunla ailə quracağı adı ilə yaşadığı evin yaxınlığından götürüb və taksi avtomobili ilə Gəncə şəhərindəki, işlədiyi rəqs kursu otağına gətirib. Oruc Quliyev orada Sahibə Səmədovanın razılığı ilə onunla təbii yolla cinsi əlaqədə olub.
Tanışın evində sevgilisinə təcavüz etdi
Bundan sonra Oruc Quliyev 7 yanvar 2018-ci il tarixdə saat 15 radələrində,15 yanvar 2018-ci il tarixdə saat 11 radələrində tanışı Samir Babayevin kirayədə yaşadığı Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi ev 29, mənzil 14 ünvanında evin yataq otağında zor tətbiq etmədən Sahibə Babayeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Məlum olub ki, Oruc Quliyev Samirə Babayeva ilə İnstagram” və “Facebook” sosial şəbəkələri vasitəsi ilə tanıyıb. O, Samirə Babayevaya rəqs təhsili verəcəyi ilə aldadıb və kirayə tutduğu evə gətirib.
Münasibətləri kəsdi, polisə şikayət edildi
Bu müddət ərzində o, Samirə Babayeva ilə evlənəcəyini ona deyib və buna inandırıb. Belə olan halda da qız ona inanıb və onunla intim əlaqədə olmağa razılıq verib.
Lakin sonradan Oruc Quliyev Samirə Babayeva ilə münsibətləri kəsməyə qərar verib. Bundan sonra sonuncu hüquqş-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Oruc Quliyev həbs edilib.
2 il cəza
İstintaq orqanı tərəfində Oruc Quliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.
Gəncənin Nizami rayon Məhkəməsinin hökmü ilə Oruc Quliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Oruc Quliyevə Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cəza təyin olunmayıb. Buna səbəb isə həmin ittiham üzrə cəza təyin edilməsi müddətinin keçməsi kimi əsaslandırılıb.
Hökmdən narazılıq
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Oruc Quliyevin Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə məhkum olunmasını istəyib.
Hökm dəyişdirildi, cəza 6 ay artırıldı
Zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verib. Zərərçəkmiş Oruc Quliyevin cəzasının ağırlaşdırılmasını istəyib. Oruc Quliyevin müdafiəçisi isə apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsinin istəyib.
Tərəflərin şikayətləri araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Oruc Quliyevin vəkilinin şikayəti təmin olunmayıb.
Prokuror və zərərçəkmiş tərəfin verdiyi şikayətlər qismən təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Oruc Quiyevin cəzası 2 il 6 aya qədər artırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-04-2020, 13:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-04-2020, 13:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO