reklam
Regionxeberlericom.az » Hadisə » “Neftçi”nin qadın futbolçusu həmcinsini bıçaqladı - CƏZASI BİLİNDİ

reklam

“Neftçi”nin qadın futbolçusu həmcinsini bıçaqladı - CƏZASI BİLİNDİ


Bakı Ağır Cinayətlər Məhkəməsində həmcinsini bıçaqlamaqda təqsirləndirilən qadın futbolçu Samirə Kurdyukovanın məhkəməsi yekunlaşıb.

regionxeberlericom.az-un BakuPost-a istinadən məlumatına görə, prosesdə hökm oxunub.

Samirə Kurdyukovaya azadlığın məhdudlaşdırılması cəzası verilib.

Hadisə ötən il Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürəyindən bıçaqlanıb.

Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının araşdırması zamanı məlum olub ki, F.İbrahimovanı tanışı, yetkinlik yaşına çatmayan S.Kurdyukova mübahisə zamanı bıçaqlanıb. Daha sonra S.Kurdyukova saxlanılıb, onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

S.Kurdyukova 2014-cü ildə keçirilən 1999/2002-ci il təvəllüdlü yeniyetmə qızlar arasında futbol turnirində "Neftçi"nin heyətində ən yaxşı yarımmüdafiəçi mükafatına layiq görülüb.



Paylaş:


Müəllif : Tarix:
8-04-2019, 11:00
Sikayət   


loading...
Загрузка...