Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Otaq yoldaşını öldürüb meyitin fotosunu qardaşına göndərdi
Bakıda ağır söyüşlərə görə otaq yoldaşını qətlə yetirən Hikmət Muxtarovun məhkəməsi başlayıb.
RegionXəbərləricom.az Lent.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Hikmət Muxtarovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Məhkəmə iclasında ifadə verən Hikmət Muxtarov bildirib ki, hadisə baş verən axşam kafedə tanışları ilə pivə içiblər. Onlardan ikisi sağollaşıb getdikdən sonra Ülvi Qasımovla kirayədə qaldıqları mənzilə qalxıblar. Orada aralarında yaranan mübahisə zamanı Ülvi onun ünvanına ağır söyüşlər söyüb. Hikmət dəfələrlə ona xəbərdarlıq edib ki, nalayiq ifadələr işlətməsin. Bundan sonra, üzərinə bıçaqla gələn otaq yoldaşının əlindən mətbəx bıçağını alıb və ona 4 dəfə zərbə endirib. Zərbələrdən üçünü qarnına, axırıncını isə ürəyinə vurub. Hikmət Muxtarov əməlindən peşman olmadığını qeyd edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi ondan Ülvi Qasımovu öldürəndən sonra meyitinin fotoşəklini çəkib başqa şəxsə göndərməsinin səbəbini soruşub.
H.Muxtarov təsdiq edib ki, şəkli qardaşına məxsus "WhatsApp" tətbiqinə göndərib və adam öldürdüyünü bildirib.
Mərhumun əmisioğlu təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini istəyib.
Məhkəmə prosesi davam edəcək.
Qeyd edək ki, bu hadisə ötən il avqustun 4-ü gecə saat 1 radələrində Əliyar Əliyev küçəsindəki evlərdən birində qeydə alınıb. 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə 17-ci Polis Şöbəsindən Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Hikmət Muxtarovun mübahisə zəminində bıçaq zərbələri ilə tanışı Ülvi Qasımovu qətlə yetirməsi müəyyən edilib. H.Muxtarov şübhəli şəxs qismində saxlanılıb
Paylaş:
Müəllif : Fuad
Tarix:3-04-2025, 22:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT