Bakıda binanın gözətçisi tanınmış rəssamın evindən 200 min apardı
Bakıda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Elçin Qasımovun evindən oğurluq olub.
RegionXəbərləricom.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanınmış rəssamın Nəsimi rayonu Bülbül prospektində yerləşən evindən 200 min manatlıq əşyalar talanıb. Aparılan araşdırmalarla oğurluğun həmin binanın gözətçisi, Cəlilabad rayon sakini 1988-ci il təvəllüdlü Üzeyir Əliyev tərəfindən törədilməsi müəyyən edilib. Məlum olub ki, oğurlanan əşyalar arasında çoxsaylı bahalı qol saatları, tarixi əhəmiyyətli əşyalar və çoxillik içkilər olub. Həmçinin E.Qasımovun həyat yoldaşına məxsus bir ədəd qara rəngli 13 000 manat dəyərində “Roberto Cavalli” markalı xəz gödəkcə, 7 min manatlıq “Francesco Scognaniglio” markalı, 14 000 manat dəyərində “Etro Milano” markalı, 12 000 manat dəyərində qəhvəyi rəngli “Sobol” markalı, 11 000 manat dəyərində “Thes Thes” markalı, 2800 manat dəyərində “Pajaro” markalı, 5500 manat dəyərində “Thes irevelle” markalı, 6200 manat dəyərində “Albeno Fercci” markalı, 1850 manat dəyərində “Adoma” markalı gödəkcələrin oğurlanması da məlum olub. Həbs edilən gözətçi barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) və 183-cü ( Xüsusi dəyəri olan əşyaları talama) maddələri ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə bildirilib ki, oğurluq hadisəsi Elçin Qasımov ailəsi ilə birgə bağ evində olduğu müddətdə baş verib. O, Bülbül prospektində yerləşən 6 otaqlı, 400 kvadrat metrlik evinin açarını binanın gözətçi köşkündə etibar etdiyi Üzeyirə verərək gedibmiş. Gözətçi həbs ediləndən sonra onun oğurladığı əşyaların bir qismi geri qaytarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2025, 21:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC