Azərbaycan üzən məzənnəyə nə vaxt keçəcək? - Mərkəzi Bank ehtiyatlı davranır

Beynəlxalq Valyuta Fondu Mərkəzi Banka üzən məzənnəyə keçidi sürətləndirməyi tövsiyə edir.
Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri qeyd edirlər ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 3-5 il ərzində hibrid inflyasiya hədəflənməsi rejiminə keçməyi planlaşdırır. BVF-nin ekspertlərinin fikrincə, hazırda müəyyən edilmiş sabit məzənnə (1,7 manat/$1 - İF) banklararası bazarın inkişafını məhdudlaşdırır. Fond qeyd edir ki, kiçik bazar, likvidliyin idarə edilməsindəki çətinliklər, bankların həssaslığı və dollarlaşma AMB-nin faiz dərəcələrinə və inflyasiyaya təsir etməsini çətinləşdirir. "Biz həm də Mərkəzi Bankın müstəqilliyinin möhkəmləndirilməsi, habelə üzən məzənnə rejiminə keçidin sürətləndirilməsi yolu ilə siyasətin əsaslarını təkmilləşdirməyi tövsiyə edirik", - deyə BVF-nin materiallarında qeyd olunur.
Maraqlıdır, Azərbaycana üzən məzənnə lazımdırmı və keçid nə vaxt təmin olunacaq?
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan milli valyutanın üzən məzənnəyə keçməsinə hazır deyil:
“Milli valyutanın üzən məzənnəyə keçməsi ətrafında artıq illərdir müzakirələr gedir. Mərkəzi Bankın İdarə Heyəti 2015-ci il 21 dekabr tarixində manatın ikinci kəskin devalvasiyasından dərhal sonra üzən məzənnəyə keçid barədə qərar qəbul edib. Bu qərardan ötən müddətdə milli valyutamız ancaq qısa müddət üzən məzənnə rejiminə yaxın bir vəziyyətdə ola bildi və 2017-ci ilin fevral ayının 2-də bir dollar 1 manat 92 qəpiyə qədər bahalaşdı. Yəni bu dövrdə manatın məzənnəsinin Mərkəzi Bankın elan etdiyi kimi üzən rejimdə olduğu bir qədər hiss olundu. Lakin 2017-ci ilin aprel ayının 4-dən bu günə qədər manatın məzənnəsi bir dollar üçün 1 manat 70 qəpik olaraq yerində sayır və dünya valyuta bazarlarında baş verən heç bir çağırışa reaksiya vermir. Bu, o deməkdir ki, manat üzən məzənnə rejimindən geri çəkilib. Beynəlxalq maliyyə institutları və Ümumdünya Ticarət Təşkilatının təkid etməsinə baxmayaraq, Mərkəzi Bank milli valyutamızın üzən məzənnəyə keçməsini bəyan etdiyi kimi təmin edə bilmir. Sadəcə, bu məsələdə ehtiyatlı davranmağa üstünlük verir. Görünən budur ki, biz hələlik milli valyutamızın üzən məzənnəyə keçməsinə hazır deyilik”.
“Bəs biz milli valyutamızın üzən məzənnəyə keçməsinə nə vaxt hazır ola biləcəyik?” sualına cavabında ekspert bildirib ki, bu, qeyri-neft sektorunda ixrac həcmini heç olmasa idxalın 50-60%-i səviyyəsinə, yəni 6-7 milyard dollara səviyyəsinə qaldıranda mümkün olacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-09-2019, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-09-2019, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO