NATO Aralıq dənizində irimiqyaslı təlimlərə başlayır
Bu gün Aralıq dənizində Siciliya sahillərində NATO-nun “Dynamic Manta” adlı irimiqyaslı hərbi dəniz təlimləri başlayır.
Bu barədə NATO Dəniz Komandanlığı məlumat yayıb.
Məlumata görə, NATO-nun illik dəniz təlimlərində Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İngiltərə və ABŞ-dən olan hərbi qulluqçular və gəmilər iştirak edəcək.
Təlimlərdə yeddi sualtı qayıq, bir neçə gəmi, eləcə də NATO üzvü olan ölkələrin təyyarələri iştirak edəcək.
Əsas diqqət sualtı qayıqlara qarşı döyüş imkanlarının təkmilləşdirilməsinə və dəniz missiyalarının effektivliyinin artırılmasına yönələcək.
“Dynamic Manta” həm də Alyansın böhrana cavab imkanlarını sınamaq və gücləndirmək üçün platformadır.
Kontr-admiral Paskuale Espozitonun taktiki rəhbərliyi altında keçirilən təlim NATO-nun öz üzvlərini istənilən təhlükədən müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-02-2024, 12:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO