Şəhid Səxavət Axundov da dəfn edildi - Fotolar

Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçu Axundov Səxavət Fərasət oğlu Xaçmazda dəfn edilib.
RegionXəbərlərcom.az AzərTac-a istinadən xəbər verir ki, şəhid Səxavət Axundov doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Sayad kəndində son mənzilə yola salınıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Kənd qəbiristanlığında torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və gül dəstələri qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan Bayrağı şəhidin atasına təqdim edilib.
Səxavət Axundov hərbi xidmətə 2022-ci ilin oktyabrında yollanıb. Bu ilin aprel ayında hərbi xidməti başa vuracaqdı. Qardaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Xatırladaq ki, yanvarın 4-də Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-01-2024, 13:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT