Qaz sayğacları sıfırlandı

31 dekabr 2023-cü ildən 1 yanvar 2024-cü ilə keçən gecə qaz sayğacları sıfırlanıb.
Smart kart tipli sayğaclar 31 dekabrdan 1 yanvara keçən gecə saat 00:00-dan etibarən avtomatik olaraq yenilənib.
Bu gündən həmin abonentlər üçün ödəniş 1200 kubmetrlik istifadə limitinə əsasən 12 qəpikdən həyata keçiriləcək.
Mexaniki sayğaclardan istifadə edən abonentlərdə isə yenilənmə 5-6 yanvaradək reallaşacaq.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurası təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinə dair qərar qəbul edib. Qərara əsasən, əhalinin illik qaz istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 12 qəpik edilib. Əhali üçün illik qaz istehlakının 1200-2500 kubmetrədək olan hissəsi üçün 20 qəpik, 2500 kubmetrdən çox istifadə üçün isə 25 qəpik müəyyənləşdirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-01-2024, 14:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO