reklam
Regionxeberlericom.az » Gündəm » “Natiq Rəsulzadə əvvəlcə Azərbaycan dilində bir əsər yazsın, sonra danışsın" - QALMAQAL

reklam

“Natiq Rəsulzadə əvvəlcə Azərbaycan dilində bir əsər yazsın, sonra danışsın" - QALMAQAL


"Mən də deyərəm ki, bu dəqiqə Azərbaycanda normal yazıçı yoxdur. Hansı biri çıxıb xalqın sözünü deyir? Yoxdur, əksəriyyəti ikiüzlü, yaltaq, yalnız cibini fikirləşənlərdir. Bu onun xoşuna gələcək? O da buna görə məni məhkəməyə verə bilməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Xalq yazıçısı Natiq Rəsulzadənin sosial şəbəkə izləyicilərini təhqir etməsinin hüquqi tərəflərini izah edərkən deyib. Əkrəm Həsənov bunun ümumi bir fikir olduğunu bildirib:

"Bu konkret təhqir deyil, ümumi fikirdir. Hansısa topluma münasibət bildirib. Bu cür ifadələr - adlar çəkilmir, hamıya da şamil edilmir - bu halda heç kim deyə bilməz ki, filankəs məni təhqir edib. Söz azadlığıdır. Bu fikir nə qədər də bizim xoşumuza gəlməsə də, söz azadlığı bundan vacibdir. Biz buna məhdudiyyət qoysaq, sabah heç kəs fikir bildirə bilməyəcək. Qanuni nöqteyi nəzərdən yanaşsaq, burada heç bir pozuntu yoxdur. Ümumləşdirilmiş, demokratik cəmiyyətə xas olan fikirdir".

Əkrəm Həsənov Xalq artistini ana dilini bilməməkdə ittiham edib:

"Natiq Rəsulzadə əvvəlcə getsin Azərbaycanda yaşaya-yaşaya öz ana dilində bir əsər yazsın, sonra danışsın. Azərbaycanda yaşayan, özünü ədəbiyyatçı, ədib sayan şəxslər Azərbacan dilində bir dənə əsər yazmayıbsa, onlar necə azərbaycanlıdır və necə yazıçıdır? Bu onun xoşuna gələcək?"

Qeyd edək ki, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə bu ilin birinci yarısında elmi müəssiə və təşkilatlarda və ali təhsil müəssisələrində keçirilmiş dissertasiya müdafiələrinə dair açıqlanan məlumatlara, habelə bu məsələdə səsləndirilən rüşvət iddialarına münasibət bildirərkən sosial şəbəkə izləyicilərini təhqir edib. O, "sosial şəbəkələrə də çox inanmayın. Mən də sosial şəbəkələrdə varam. Sosial şəbəkələr kütlədən ibarətdir. Oradan 95% səviyyəsiz, axmaq çıxırsa, onun yalnız 5%-i ağıllı adam olur. Belə olanda həmin o 95%-in sözünə niyə baxırsınız? Hansı ki, onlar deyir, bu, rüşvətlədir”, deyə bildirib.




Paylaş:


Müəllif : Tarix:
29-06-2023, 12:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər