Bu ərazilərdən Azərbaycana heyvan məhsullarının gətirilməsi qadağan olundu

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.
Agentlikdən daxil olan xəbərdarlıqda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonu ərazisində dabaq xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar, Azərbaycanın baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonu ərazisindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiyanın Zabaykal diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-03-2019, 13:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-03-2019, 13:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:28
Dünən, 20:24
Dünən, 09:24
15-08-2025, 14:58
14-08-2025, 11:47

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.

Lökbatanda yaşayış binasında PARTLAYIŞ: “Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - Video

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu - TƏFƏRRÜAT

Saatlıda narkotik tərkibli bitkilərin gizli yetişdirildiyi tunel AŞKARLANDI - VİDEO