Rusiyadan heyvan mənşəli məhsulların idxalına məhdudiyyət qoyuldu

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edib.
AQTA-nın məlumatında bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Zabaykal diyarının Krasnokamen rayonu ərazisində dabaq xəstəliyi qeydə alınıb.
“Bununla əlaqədar olaraq, Azərbaycanın baş dövlət baytarlıq müfəttişi tərəfindən Zabaykal diyarının Krasnokamen rayonu ərazisindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, - deyə xəbərdarlıqda bildirilib.
AQTA-dan qeyd edilib ki, nəzarət tədbirlərinin gücləndirilməsi Agentlik tərəfindən Zabaykal diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan Respublikasının ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-03-2019, 13:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-03-2019, 13:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:49
Dünən, 20:28
Dünən, 20:24
Dünən, 09:24

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.

Lökbatanda yaşayış binasında PARTLAYIŞ: “Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - Video