reklam
Regionxeberlericom.az » Gündəm » Gizli həbs planının üstü açılan jurnalist müraciət etdi (Video)

reklam

Gizli həbs planının üstü açılan jurnalist müraciət etdi (Video)

















Azərbaycan Respubliaksının Prezidenti cənab İlham Əliyevə

surəti; Azərbaycan Respubliaksının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova 

surəti; Azərbaycan Respubliaksının Baş Prokuroru cənab Kamran Əliyevə

Jurnalist Fuad Oktay oğlu Hüseynov tərəfindən

MÜRACİƏT

Mən Fuad Hüseynov regionda jurnalist fəaliyyəti ilə məşğul oluram.Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun 18 may 2023-cü il tarixdə Salyan rayonunda keçirəcəyi qəbula yazılmışam.Buna görə Daxili İşlər Nazirliyindən mənə iki dəfə zəng edilib qəbulun səbəbini soruşdular.

Mən izah etdim ki, Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının barəsində təxminən 6 aydan çoxdur ki, yutubda, sosial şəbəkələrdə və saytlarda vətəndaşların şikayətləri yayılır və dərc edilir. Zeynal Bayramlı buna görə məni həbs etdirmək üçün müxtəlif yollara əl atıb ki, bu barədə mən özüm vide və yazılı şikayətlər etmişəm.05 aprel 2023-cü il tarixdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məni çağırıb izahatımı aldılar.Mən izah etdim ki, Zeynal Bayramlı barədə vətəndaşlar video şikayətlər edirlər ki, onların kimliyi məlumdur.

İzahat verib gəldikdən təxminən 20 gün sonra Ucar xəstəxanasında 3 nəfərin ölməsi barədə mətbuatda şikayətlər dərc edildi.Bundan sonra xəstəxananın direktoru Zeynal Bayramlı mənim dostum Nurulla Adıgözəlova zəng edib onun vasitəsi ilə mənə söz göndərib məni həbs etdirəcəyi ilə hədələyib. Bundan bir gün sonra isə məni yenidən banditizm idarəsinə dəvət etdilər. Mən artıq işin nə yerdə olmasını bilib nazir cənab Vilayət Eyvazovun qəbuluna yazıldım.

10 may 2023-cü il tarixdə 055 215-36-00 nömrəli telefondan mənə zəng edən şəxs Ucar Rayon Polis Şöbəsinin rəis müavini Elnur olmasını bildirdi və dedi ki, “Siz bir dənə məktub vermişdiniz bizə Hüseynov Fuad Oktay oğlu barəsində onunla əlaqədar rəis dedi danışın onu sabağa inşallah təmin edəcəyik, onun barəsində biz nazir müavininə arayış vermişdik məxfi arayış dedim sizədə bir göndərərdim ki, sizdə məlumatlı olardınız şəxsiyyəti barədə fəaliyyəti barədə bu nömrədə vatsap var onun telefonu məktubda göstərilməyib rəis dedi ki, telefonu ilə gətirilsin. İndi arayışı verəcəm sonra nə tapşırıq  versəniz təmin edərik”.

Elnur Məmmədov Ucar RPŞ-nin rəis müavinidir.Telefon danışığı olan səs yazısın əlavə edirəm.

Bunların məqsədi məni şərləyib həbs etməkdir ki, nazir Vilayət Eyvazovun qəbuluna gedə bilməyim.

Bu açıq-aşkar qanunsuzluqdur.Çünki mən heç bir inzibati xəta və cinayət əməli törətməmişəm.Ucar rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlının fəaliyyəti barədə çoxlu sayda Ucar sakinləri video şikayətlər edirlər.Zeynal Bayramlı hansı imtiyaz sahibidir ki, onun barəsində şikayət etmək qanuna ziddir.

Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Baş Prokuror cənab Kamran Əliyevə müraciət edirəm.Xahiş edirəm bu qanunsuzluğun qarşısını alın mənim şərlənərək həbsə atılmağıma imkan verməyin.

 Əlaqə telefonu; (051) 496-47-82,

 İmza; Fuad Oktay oğlu Hüseynov

 10 may 2023-cü il 

 

 

 

 

 

 

  

 




Paylaş:


Müəllif : Tarix:
10-05-2023, 22:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər