“Azəravtoyol” yollarda ölüm mənbəyi yaradır” – Saleh Məmmədovun qohum-əqraba idarəçiliyi
"Azəravtoyol" yollarda ölüm mənbəyi yaradır, qanun qarşısında cavab verməlidirlər".
Bunu nəqliyyat eksperti Elməddin Muradlı bildirib. "İki gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində baş vermiş qəzada cavan ər-arvad və onların bir yaşlı oğlu öldü. Dəhşətli hadisədir. Hələ də özümə gələ bilmirəm. Həmin gün o ailənin 8 üzvü öldü, 5-i dəm qazından, 3-ü isə qəzada. Düzdür, qəzada yüksək sürət, ölümdə isə təhlükəsizlik kəmərinin taxılmaması rol oynayıb. Amma bizim qanunvericilik imkan verir ki, qəzanın başvermə səbəbini də araşdırıb tədbir görsünlər. Yəni qəzaya səbəb olan amillər də nəzərə alınmalıdır. Hər halda, maşın heç nədən yoldan çıxıb aşmadı. Yolda ciddi qüsur var imiş"- deyən ekspertin sözlərinə görə, belə halda isə vətəndaş yol təsərrüfatındakı qüsura görə dəymiş maddi və mənəvi zərəri həmin yola cavabdeh olan dövlət qurumundan tələb edə bilər: "Qəzadan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dərhal qəza baş verən yerdə təmirə başlayıb.
Vətəndaşlar mənə çoxlu müraciətlər edib bildirmişdi ki, yolda çökmə nəticəsində boşluq (valna) yaranır və sürətli gedən maşın idarəetmədən çıxır. Təmirə başlamaq bunu təsdiq etdi.
Qəza videosu da DYP tərəfindən yayıldı və görüntülər də təsdiq edir ki, maşın sürətli gedir və qəfildən boşluğa düşərək idarəetmədən çıxıb yoldan kənara aşır. Deməli, qəzaya səbəb yoldakı nöqsandır".
E.Muradlı hesab edir ki, agentlik bunu vaxtında aşkar edib aradan qaldırmalı idi.
"Çünki Yollara Nəzarət İdarəsinin işi elə bu cür halları vaxtında aşkar edib qabaqlayıcı tədbir görməkdir. İşçilərinin xeyli hissəsi qohum-əqrabadan ibarət olan AAYDA rəhbərliyi bu hadisəyə görə məsuliyyət daşıyır. Çünki qəza onların fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində baş verib. Bu səbəbdən də qəzada ölənlərin yaxınları savadlı bir vəkil tutub Agentliyi məhkəməyə verə bilər. Bu işdə həm təzminat davası açılmalıdır, həm də cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Yetər artıq, sizə görə hər il onlarla, bəlkə də yüzlərlə qəza baş verir, neçə-neçə insan həlak olur. Məsələn, iki ildən çoxdur cənab Prezident İlham Əliyev tapşırıq versə də, yolların hələ də işıqlandırılmaması, çala-çökək yollar, qazılmış yollarda xəbərdarlıq nişanı qoymamaq, silinmiş xətlər, zebralar, keçidlərin olmaması ucbatından baş verən qəzaların səbəbkarı birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.
Yeyirsiz, dağıdırsız, amma bu camaatın taleyi ilə oynadığınız üçün bir gün cavab verəcəksiniz", - ekspert bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-02-2022, 11:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO