reklam
Regionxeberlericom.az » Gündəm » Mingəçevirdə ev partladı: 2 nəfər yaralanıb - YENİLƏNİB - FOTO

reklam

Mingəçevirdə ev partladı: 2 nəfər yaralanıb - YENİLƏNİB - FOTO


















Mingəçevir şəhərində evdə partlayış olub, 2 nəfər yaralanıb.


Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərdə ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə evin dam örtüyü çöküb, divarları dağılıb və 12 m2 sahədə taxta konstruksiyaları yanıb.


Partlayışın dalğasından həyətyanı sahədə dayanmış "ВАЗ" markalı minik avtomobilinin şüşələri sınıb, qonşu evlərin dam örtüyünə və pəncərə çərçivələrinə ziyan dəyib. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.




***

11:40


Mingəçevir şəhər Günəşli masssivində yerləşən evlərin birində güclü partlayış baş verib.


Bakupost.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumatına görə, partlayış nəticəsində ev tamamilə yararsız hala düşüb. Həmçinin partlayışın təsiri nəticəsində ona bitişik binaya da zərər dəyib.

Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər - 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc Qənbərova, eyni zamanda qonşu binada yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.














Paylaş:


Müəllif : Tarix:
28-12-2021, 14:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər