reklam
Regionxeberlericom.az » Gündəm » Yanan yataqxananın sakinləri kirayələrə köçürüləcək - DÖVLƏT HESABINA

reklam

Yanan yataqxananın sakinləri kirayələrə köçürüləcək - DÖVLƏT HESABINA


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın nəticəsində dünyasını dəyişənlərin hüzr mərasimində iştirak edib.

regionxeberlericom.az-un "Report"a istinadən xəbərinə görə, komitə sədri dünyasını dəyişənlərin ailəsinə başsağlığı verib. O, hüzr mərasimində iştirak edən məcburi köçkünlərin problemlərini dinləyib.

Rövşən Rzayev deyib ki, binada təhlükəli mənzillərdə yaşayan ailələr bir ay müddətində kirayə evlərlə təmin olunacaq: "Bu müddət ərzində burada təmir-bərpa işləri həyata keçiriləcək. Təmir-bərpa işlərindən sonra məcburi köçkünlər yenidən evlərinə qayıdacaqlar. Bu binada məskunlaşan bütün məcburi köçkünlər tez bir zamanda məcburi köçkünləri üçün tikilən qəsəbələrin birində evlərlə təmin edəcəyik. Hazırda biz ailələrlə bu barədə razılaşmalar həyata keçiririk".

R.Rzayev qeyd edib ki, ötən gün yanğın nəticəsində dünyasını dəyişənlərin ailəsi üçün üçotaqlı kirayə ev tutulub: "Ailə bu gündən kirayə evinə köçürüləcək. Yanan bina təmir olunana qədər həmin ailə Nərimanov Rayon İcra Hakimiyyətinin himayəsində olacaq. Biz bu gün burada dəfn mərasimində iştirak etdik və dəfn mərasiminin bütün xərclərini qarşıladıq. Məqsədimiz Cənab Prezidentin arxası ilə Dağlıq Qarabağa getməkdən ibarətdir".

**

15:38

Baş nazirin müavini Əli Əhmədov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın baş verən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada olub.

Ə.Əhmədov və R.Rzayev sakinlərlə görüşüb, vəziyyətlə yerində tanış olublar.

Ə.Əhmədov bildirib ki, zərərçəkənlər müvəqqəti yaşayış evi ilə təmin olunacaq: "Prezidentin tapşırığı ilə məcburi köçkünlər üçün yeni binalar tikilir. Burada məskunlaşan köçkünlər də gələcəkdə o binalaraq köçürüləcəklər”.

Qeyd edək ki, ötən gecə saat 23.30 radələrində Bakı şəhəri Nərimanov rayon ərazisində, M.Məmmədov küçəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada yanğın baş verib. Yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.

Yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi Dövlət Komitəsi tərəfindən təşkil edilib. (ONA)


Paylaş:


Müəllif : Tarix:
6-03-2019, 16:52
Sikayət   


loading...
Загрузка...