Fermerlər əllərini Əhmədzadədən üzüblər... - GİLEY

Koronavirus pandemiyası səbəbindən bütün dünyada kənd təsərrüfatı ciddi zərərlə üzləşib, ərzaq təchizatı pozulub. Nəticədə məhsul istehsalı azalıb. Lakin Azərbaycanda fermerlər infeksiyanın yaratdığı təsirlərdən daha çox suvarma problemindən ziyana düşüblər. Mütəxəssislər deyirlər ki, suvarma üçün yeni texnologiyaların quraşdırılmasına hər il milyonlarla manat ayrılsa da, fermerlərin suvarma problemi həllini tapmır.
Sabirabad rayonunun Şıx Salahlı kəndinin sakinləri deyirlər ki, bu il də əkin sahələri susuzluqdan məhv olur. “Qarğıdalı, günəbaxan, arpa olmaqla ümumilikdə 8 hektar sahədə məhsul əkmişəm. Əkin sahəsinin yaxınlığından kanal keçir, su nasoslarla iri təsərrüfatlara verilir. Gecə-gündüz kanalda əllərimizlə palçıq təmizləyirik ki, bəlkə bizim də sahəyə su gələr”,-adının açıqlanmasından ehtiyat edən fermerlərdən biri deyib. Onun sözlərinə görə, köməklik göstərilməsi üçün rayon icra hakimiyyətinə, Melorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyyətinə, hətta Kənd Təsərrüfatı Nazirliyinə müraciət ediblər, amma bir nəticəsi olmayıb. Kənddə içməli su problemi yoxdur, buna baxmayaraq sahələri suvarmağa su tapmırlar.
Sabirabadın digər kəndlərində də su problemi olduğu bildirilir.
Kürdəmir rayonunun Karrar kəndi və ətraf kəndlərdə də fermerlər su problemindən şikayətçidirlər. Bu barədə redaksiyamıza yazan kənd sakinlərinin sözlərinə görə, bu isə məhsuldarlığa ciddi təsir edir.
Bərdədə də əkin sahələrinin suvarılması problemə çevrilib. Kəndlərdə məhsul susuzluqdan yanır. Fermerlərdən Aydın Məmmədov bildirib ki, 12 hektar sahədə məhsul əkib, amma sahələri suvarmaq üçün su çatmır:
“Demək olar ki, hər il bu problemlə üzləşirik. Ümidimizi qışda qara, yazda yağışa bağlamışıq. Guya ki, fermerlər arasında növbəlik prinsipi qorunmur. Hamı sahəsini suvarmağa çalışır”.
Bərdədə əsasən pambıqçılıqla məşğul olan fermerlər susuzluqdan ziyan çəkdiklərini deyirlər.
Ağdaşlı fermerlər isə deyiblər ki, onların su problemi yoxdur, amma 1 hektar sahəyə görə 7 manat ödəyirlər: “Mən 20 hektar sahəni suvarmaq üçün ayda 140 manat ödəyirəm. Bu, təkcə suya çəkilən xərcdir. Bu il arpanın məhsuldarlığı çox olmayıb. Yəni xərci-borcunu ödəməyəcək",- fermerlərdən biri deyib. O bildirib ki, hektara görə onlardan 7 manat alınsa da, iri təsərrüfatlara su 3-3,50 qəpiyə satılır:
“Digər rayonlarla da maraqlanmışıq, qiymətlər arasında fərq var. Amma qiymətin hansı prinsiplərlə müəyyənləşdirildiyini bilmirik. Neçə dəfə suyun qiymətinin aşağı salınması ilə bağlı müraciət etmişik. Səsimizə səs verən yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2020, 09:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2020, 09:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 11:55
Dünən, 09:17
Dünən, 08:25
27-08-2025, 21:06
27-08-2025, 12:37
27-08-2025, 10:32
27-08-2025, 10:30
27-08-2025, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?