Britaniyada tapılan koronavirus dərmanı Azərbaycana da gətiriləcək? - RƏSMİ CAVAB
Koronavirusla mübarizədə effektli dərman tapılıb.
Böyük Britaniyada koronavirusun müalicəsi üçün tapılan dərman preparatının sınağından sonra Ümumdünya Səhiyyə Təşkilat da bəyanatı yayıb. Təşkilatın baş direktoru Tedros Adhan Qebreyesus bunu "elmi yüksəliş" adlandıraraq məmnunluğunu ifadə edib. Təşkilatın yaydığı bəyanatda Oksford Universitetində aparılan sınağın “Dekzametazon” preparatının koronaviruslu xəstələrin ölüm riskini azaltdığı vurğlanır.
Kifayət qədər ucuz (11 manat) olan bu dərmanının COVID-19-u ağır formada keçirən xəstələrin müalicəsində aşağı dozada istifadə olunduğu bildirilir. Məlumata görə, dərman ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu olan xəstələrin ölüm ehtimalını 1/3 nisbətdə azaldıb. Bu dərman 2000 xəstə üzərində təcrübədən keçirilib.
Nəticələr təcrübədən keçməyən xəstələrin vəziyyəti ilə müqayisə edilib. Məlum olub ki, ağciyərlərin süni ventilyasiyası cihazına bağlı xəstələrin ölüm riski 40%-dən 28%-ə enib. Oksigenə ehtiyacı olan xəstələrdə isə bu göstərici 25%-dən 20%-ə enib.
Maraqlıdır, qeyd olunan dərmanın Azərbaycana gətirilməsi və koronavirus xəstələrinin müalicəsində istifadəsi mümkündürmü?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Cebhe.info-ya açıqlamasında koronavirusun dərmanının və vaksinin hələ olmadığını deyib:
“Koronavirus xəstələri simptomatik müalicə olunur və müalicə də dövlət hesabına aparılır”.
TƏBİB rəsmisi Böyük Britaniyada koronavirusun müalicəsi üçün tapılan dərmanın Azərbaycanda istifadəsi ilə bağlı belə deyib:
“Bu barədə hələ ki, bizdə yenilik yoxdur. Əlavə məlumat olarsa, paylaşarıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-06-2020, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-06-2020, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:03
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
Dünən, 11:29
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
Dünən, 11:28
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.
Dünən, 11:14
" 4 ildir məni aldadırlar..." - Raket zərbəsindən xəsarət alan Gəncə sakini Prezidentə müraciət etdi...
17-05-2024, 15:10
Körpə Zəhra təcili Türkiyəyə getməlidir: Anası qızıllarını satsa da, məbləğ tamamlanmayıb - FOTO
17-05-2024, 10:31