“Bəlkə də Əli İnsanovla Ramiz Mehdiyev artıq bir yerdədir” - Deputatdan ŞOK SÖZLƏR
“Əli İnsanovun “vurulmasında” Ramiz Mehdiyevin xüsusi yeri və rolu olub”.
Bu sözləri Yenisabah.az-a Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı deyib.
AVP sədrinin sözlərinə görə, Əli İnsanovun həbs olunduğu dövrü xatırlayanlar Ramiz Mehdiyevlə sabiq səhiyyə naziri arasındakı münasibətlərin düşmənçilik həddində olduğunu yaxşı bilir. “Əli İnsanovun indi bunların üstündən xətt çəkərək baş verənləri Prezident İlham Əliyevin üzərinə yönəltməsi konyukturadır.
Ramiz Mehdiyev Əli İnsanovun davranışlarıni qəbul etmirdi. Eyni zamanda Əli İnsanov da onun mövqeyini bölüşmürdü. Bu iki şəxs arasında münasibətlər kifayət qədər gərgin idi. O dövrdə bu barədə mediada da çox yazılıb. Bununla bərabər, hesab edirəm ki, Əli İnsanov özü həbs yolunu seçdi. Onun 2005-ci ildə Rəsul Quliyevlə birgə dövlət çevrilişi planının içində yer alması faktdır. Bunu danmaq mümkün deyil. O, özü də 2005-ci ildə Prezidentə yazdığı yalvarış dolu məktubunda bunu etiraf edib. Ciddi səhvə yol verdiyini bildirib. Həmin məktib KİV-də də dərc olunub. Bunları unutmaq olmaz. İndi Əli İnsanovun olanları təkzib edərək Ramiz Mehdiyevi özünə dost bilməsi onu tanıyanlar və proselərdən xəbərdar olanlar arasında qeyri-ciddi qəbul olunur. Bu da əlbəttə ki, Əli İnsanovun nüfuzuna ciddi zərbə vurur”, - deyə Fəzail Ağamalı vurğulayıb.
Deputat Əli İnsanovun Ramiz Mehdiyev haqqındakı xoş sözlər səsləndirməsinin səbəbləri barədə maraqlı ehtimal irəli sürüb. “Bəlkə də onlar artıq bir yerdədirlər və bu baxımdan Əli İnsanov Ramiz Mehdiyevlə aralarında olan kəskin münasibətlərə “mala çəkir”. Hər halda Əli İnsanov vaxtilə düşmən olduğu Ramiz Mehdiyevi tərifləyirsə, ya onun xoşuna gəlmək istəyir, ya da bu şəxslər artıq bir yerdədirlər. Ola bilər”, - deyə Fəzail Ağamalı vurğulayıb.
Partiya sədri Əli İnsanovun fəallaşması, regional qrupları ətrafına çəkməyə cəhd göstərməsi barədə mülahizələrə də toxunub: “Mən Əli İnsanov haqqında fikirlərimi söyləmişəm. Hər hansı siyasi partiyanın yaranması və onun cəmiyyətə töhfə verməsi təbii ki, onu yaradan şəxsin siyasi keyfiyyətləri ilə birbaşa bağlıdır. Əli İnsanov Ümumilli lider Heydər Əliyevin komandasında olub. Daha sonra komandaya xəyanət edərək dövlət çevrilişinə cəhd göstərib. Fikrimcə, bu, onun siyasətçi olaraq formalaşmasına mane olan əsas faktorlardandır.
Əli İnsanov həbsxanadan çıxdıqdan sonra çox aqressiv şəkildə fikirlkərini ortaya qoydu. Ciddi iddialarla çıxış edəcəyini önə çəkdi. Amma görünən o idi ki, Əli İnsanov baş verən hadisələrlə bütün dərinliyi ilə tanış deyil. Sadəcə emosional şəkildə fikir söyləmək siyasətdə söz sahibi olmaq üçün əsas deyil.
Əli İnsanov ətrafına çoxlu adamlar toplamaq ümidində idi. Amma bu baş vermədi. Bildiyim qədər ictimai siyasi- mühitdə kifayət qədər nüfuzu olan insanlardan onun yanında bir kimsə yoxdur.
Əli İnsanovun siyasətdə ciddi və həlledici rolu görünmür. Azərbaycanda çoxsaylı müxalifət partiyaları var. Onların liderləri arasında Əli İnsanov çox zəif görünür. Bu fikirlərim Əli İnsanova qərəzim kimi başa düşülməsin. Sadəcə görünən budur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-06-2020, 12:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-06-2020, 12:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 22:16
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI - VİDEO
Bu gün, 14:03
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
Bu gün, 11:29
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
Bu gün, 11:28
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.
Bu gün, 11:14
" 4 ildir məni aldadırlar..." - Raket zərbəsindən xəsarət alan Gəncə sakini Prezidentə müraciət etdi...
Dünən, 15:10
Körpə Zəhra təcili Türkiyəyə getməlidir: Anası qızıllarını satsa da, məbləğ tamamlanmayıb - FOTO
Dünən, 10:31
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
16-05-2024, 22:15