İcra başçısının oğlu avtosalona hücum etdi — 150 minlik avtomobil qalmaqalı (FOTO/VİDEO)
Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu "qoçuları” ilə birlikdə Bakıdakı avtosalonların birinə hücum edib.
Bu barədə saytımıza salonun rəhbərliyi məlumat verib. Salon əməkdaşları ilə rayon rəhbərinin oğlu Şəhriyar Hüseynov arasında mübahisəyə səbəb isə bir müddət əvvəl satışa çıxarılan bahalı "Mercedes” markalı avtomobillə bağlı olub.
Belə ki, ölkədə devalvasiya baş verməmişdən əvvəl icra başçısının oğlu həmin avtomobili salona qoyaraq 90 min manata satmaq istəyib. Amma uzun müddət keçsə də, maşını satmaq mümkün olmayıb.
Daha sonra Şəhriyar Hüseynovun razılığı ilə maşını digər avtomobillə dəyişdirilib. Şəhriyar Hüseynov həmin maşını bir müddət istifadə etdikdən sonra salona qaytarıb. O, salon rəhbərliyindən öz köhnə avtomobilinin pulunun devalvasiyadan əvvəlki məzənnə ilə və dollar ekvivalenti ilə (Təxminən 150 min dollar) istəyib.
Avtosalondan isə bunun mümkün olmayacağı bildirilib. Uzun mübahisədən sonra salon sahibi bir neçə təklif irəli sürüb. Təkliflərdən biri, eyni model yeni avtomobilin alınıb verilməsi olub. Şəhriyar Hüseynov isə salon rəhbərliyinin bu təklifi ilə razılaşmayıb. Və qolu qüvvətli dostlarını da götürüb salona hücum çəkib, pulu zor gücünə almağa çalışıb. Salon rəhbərliyi və Şəhriyar Hüseynov arasında mübahisə yaranıb.
O, məsələni qol gücünə həll edə bilməyəcəyini gördükdə başqa yollara əl atıb. Hüseynov bu məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə şikayət edib. Amma onun bu cəhdi də uğursuzluqla nəticələnib. Belə ki, polis bölməsində işi aparan Məmmədəli adlı müstəntiq avtomobil mübahisəsinin mülki məsələ olduğunu əsas gətirilərək, şikayətçiyə məhkəməyə müraciət etməsini məsləhət görüblər.
Salon rəhbərliyi saytımıza bilidirib ki, icra hakiminin oğlunun dələduzluğu salondakı kameralara düşüb və istənilən vaxt aidiyyəti qurumlara təqdim edə bilərlər.(bakupost.az)
Şəhriyar Hüseynovun avtomobilinin salonda çəkilən videosu:

Paylaş:
Müəllif : Yazar
Tarix:9-06-2020, 16:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-06-2020, 16:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 11:55
Bu gün, 09:17
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO