AZAL biletin qaytarılması – QAYDASINI DƏYİŞDİ
COVID-19 pandemiyasının geniş miqyasda vüsət alması və bütün dünyada sürətlə yayılması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC aviabiletlərin təxsisi və ləğv edilməsi qaydalarında dəyişiklik edib.
FED.az xəbər verir ki, bu barədə şirkətin bilet almış vətəndaşlara göndərdiyi açıqlamada bildirilir.
Verilən məlumata görə, yeni koronavirus infeksiyası bütün dünyada hava nəqliyyatının işinə mənfi təsir göstərib. Bir çox aviaşirkətlər müştərilərinə güzəşt təklif edərək aviabiletlərin ödənişsiz qaydada yenidən təxsis edilməsi imkanı yaradır və ya aviabiletin qiyməti dəyərində vauçerlərlə təmin edirlər.
Aviaşirkətin ondan asılı olmayan gözlənilməz fors-major hallarla qarşılaşması ilə əlaqədar olaraq, əldə etdiyiniz aviabiletə alternativ olaraq, biletin ödənişsiz yenidən təxsis edilməsi və ya ödədiyiniz məbləğ çərçivəsində vauçerin təqdim edilməsi təklif olunur. Belə ki, həmin vauçerdən Siz gələcək səyahətlərinizdə istifadə edə bilərsiniz.
2020-ci il martın 10-dan mayın 31-dək uçuş tarixi olan bütün aviabiletlərin ilkin aviabiletin uçuş tarixdən 12 ay ərzində istənilən tarixə yenidən təxsis edilməsi mümkündür. Açıq uçuş tarixi ilə alınan aviabiletlər istisnadır.
Alternativ olaraq, geri qaytarmalı olduğunuz aviabiletin dəyəri əvəzinə Sizə həmin aviabiletin ilkin uçuş tarixindən etibarən bir il ərzində uçuşlar üçün istifadə edə biləcəyiniz vauçerin təqdim edilməsini təklif edirik. Vauçer "AZAL" və "Buta Airways" aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçerin kodu elektron poçt ünvanınıza göndəriləcəkdir. Həmin kodu aviaşirkətin rəsmi satış kassalarında və agentliklərində aviabilet aldığınız zaman təqdim edə bilərsiniz.
Yuxarıda qeyd olunan şərtləri qəbul etmədiyi təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini ardıcıllıqla geri qaytarmağa hazırdır.
COVID-19 pandemiyası ilə bağlı vəziyyətin tez bir zamanda uğurla həll edilməsi üçün karantin tədbirlərinə riayət etməyə çağırırıq.
Uçuşlar həyata keçirmək üçün aviaşirkətimizi seçdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk! Yeni reyslərdə Sizinlə görüşü səbirsizliklə gözləyəcəyik!
Paylaş:
Müəllif : Yazar
Tarix:21-04-2020, 15:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-04-2020, 15:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:22
Bu gün, 10:04
Bu gün, 08:13
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC