Qanunsuz reklamların yayımı ilə bağlı məlumat
Bu ilin yanvar-aprel ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış müraciətlərin sayında 10 faizdən çox artım qeydə alınıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən verilən məlumata görə, qanunsuz reklamların yayımı ilə bağlı 61 müraciətə baxılıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10%-dən çox artım deməkdir. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 55 olub.
Sahələr üzrə aparılmış təhlil nəticəsində məlum olub ki, müraciətlərin böyük hissəsi - 27-si xidmət sahəsini əhatə edir. Daha sonra ticarət (11 müraciət), qeyri-qida məhsulları (8 müraciət), ictimai iaşə (3 müraciət) və digər sahələr (9 müraciət) üzrə müraciətlər qeydə alınıb. Ən az müraciət isə hər biri üzrə 1 müraciət olmaqla dərman vasitələri və tibbi avadanlıqlar, qida və tütün məmulatları üzrə daxil olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-06-2025, 23:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə