Şuşada “Xarıbülbül” festivalının açılışı oldu - Fotolar

Mayın 24-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb.
Prezident İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək builki festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunub.
Festivala Cıdır düzündəki açılış konsertində Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri ilə start verilib. Konsertdə Üzeyir Hacıbəyli ilə yanaşı Arif Məlikov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Oqtay Zülfüqarov, Tofiq Quliyevin əsərləri səslənib.
Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən də musiqi kollektivləri və solo ifaçılar gəlib. Elə festivalın əsas məqsədlərindən biri də mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.
Açılış konsertində səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri çıxıb: Azərbaycandan Afaq Abbasova, Cahangir Novruzov, Əkrəm Poladov, Fatimə Cəfərzadə, Fərhad Bədəlbəyli, Fərid Əliyev, İlahə Rüstəmova, İnara Babayeva, Orxan Hüseynov, Mahir Tağızadə, Murad Adıgözəlzadə, Polad Bülbüloğlu, Yusif Eyvazov, Qazaxıstandan Azamat Jeltırquzov, Türkiyədən Ferda Yetişər, eləcə də rəqqaslar Berfu Elmas (Türkiyə), Dayna Kıdıralıyeva (Qırğızıstan), Ebru Elmas (Türkiyə), Eldiyar Marat oğlu (Qırğızıstan), Mustafa Çagatay Ozmen (Türkiyə), Nurjamal Moldoqaziyeva (Qırğızıstan), həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və teatrın Balet truppası, Azərbaycan Dövlət Xor Kapellası.
Qeyd edək ki, mayın 25-də - festivalın ikinci günü Cıdır düzündə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun konserti olacaq. Orkestrə Murtuza Bülbül dirijorluq edəcək.
Həmin gün Cıdır düzündə Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert də təqdim olunacaq.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2025, 22:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə