İntihar edən iş adamının arvadı Somalidə qətlə yetirilibmiş - Foto

Dünən saat 18 radələrində Göyçay rayonunda intihar edən iş adamı 1977-ci il təvəllüdlü Əflatun İsmayılovla bağlı bəzi məqamlar üzə çıxıb.
Ə.İsmayılov ailə üzvləri ilə birgə 2016-cı ildə Somalidə terrorçuların hücumuna məruz qalıbmış. Həmin hadisədə onun həyat yoldaşı Kəmalə İsmayılova həlak olub, Ə.İsmayılov və övladları isə ağır xəsarətlər alıb.
Bundan sonra K.İsmayılovanın cənazəsi Türkiyənin vasitəçiliyi ilə Somalidən gətirilərək Göyçayın Ləkçıplaq kəndində dəfn edilib. Ə.İsmayılov və övladları da Afrikadan Azərbaycana qayıdaraq burada yaşamağa davam ediblər.
Ə.İsmayılovun yaxınları Oxu.az-a açıqlamalarında həmin terror hadisəsindən sonra onda psixoloji problemlərin yarandığını bildiriblər.
Qeyd edək ki, Ə. İsmayılov ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar çoxlu borcu yaranıb. Onun xarici ölkələrə kənd təsərrüfatı məhsulları apardığı qeyd edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
Müəllif : Fuad
Tarix:28-04-2025, 13:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT