Yasamalda qadının evini başına uçuran “xeyriyyəçi“ iş adamı kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında tikinti şirkəti içərisində yaşayış olan evin bir hissəsini dağıdıb.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra rəsmi qurumlar hərəkətə keçib. Fövqəladə Hallart Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib: "Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib".
DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, hadisəni törədən tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: “Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.
Qeyd edək ki, içərisində yaşayış olan evin “Melissa Group” tikinti şirkəti tərəfindən dağıdıldığı bildirilir. "Melissa Group" şirkətinin sahibi Qalib Məmmədovdur. Baş direktoru isə Xəzər Məmmədovdur.Ajans.az Bakupost.az-a istinadən xəbər verir ki, Qalib Nurulla oğlu Məmmədov əslən Masallı rayonunun Ərkivan kəndindən olan iş adamıdır. O, rayonda özünü xeyriyyəçi kimi təqdim edir.
1978-ci ildə Ərkivan kənd orta məktəbini bitirən Qalib Məmmədov Politexnik İnstitutunun "Avtomobil yollarının istismarı və təşkili" fakultəsində təhsil alıb. İnstitutu bitirəndən sonra o, Naxçıvana təyinat alıb.
Bir müddət Avtomobil Nəqliyyat Kontorunun 4 saylı istismar sahəsində çalışır, daha sonra Avtomobil Nəqliyyat Kontorunun rəisi vəzifəsinə təyinat alıb. Q.Məmmədov bu vəzifəni bir müddət icra edəndən sonra Avtomobil Nəqliyyatı Nazirliyinin Yol Fondunun sədri vəzifəsinə təyin olunub. Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət işindən uzaqlaşıb və öz şəxsi biznesini qurub. Azərbaycan müstəqillik əldə edənə qədər Qalib Məmmədov yol tikintisindən xeyli pul qazana bilərdi. Amma yenə əlahəzrət məntiq deyir ki, ortada NƏSƏ var...
Qalib Məmmədovun həm də "Performance Center" şirkətinin prezidenti olduğu bildirilir. Şirkət 1997-ci ildən "General Motors" korporasiyasının "Chevrolet" və "Cadillac" brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Həmin ildən başlayaraq "Performance Center" "General Motors" korporasiyasının Şimali Amerika, 2004-cü ildən Rusiya, 2005-ci ildən isə Koreya istehsalı olan "Chevrolet" avtomobillərinin Azərbaycanda rəsmi dileridir. Hazırda “Performance Center” şirkətinin avtomobillərin satışı və texniki xidməti üzrə üç diler mərkəzi fəaliyyət göstərir ki, onlardan ikisi – "Performance Center" və "Babək" – Bakı şəhərində, digəri – "İdeal Motors" isə Gəncə şəhərində müştərilərin xidmətindədir.
Qalib Məmmədov eyni zamanda Bakıda “Halal” MTK, "General” MTK, "Yüksəl” MTK, "ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə "Melissa Park”, "Melissa Residence", "Melissa Azadlıq” layihələrini icra edən "Melissa Group” şirkətlərinin sahibidir. “Collezione Italia” şirkətinin də ona məxsus olduğu bildirilir.
Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, elektrik və elektronik məhsulların satışı, çörək zavodları daxildir. Onun doğma Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” yanacaqdoldurma məntəqəsi, avtoservis, elektrik və elektronik məhsulların satışı mağazası, çörək zavodu və s.-in daxil olduğu bildirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-03-2025, 19:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC