Ucarda açıq ərazidə yanğın olub - Video

Ucarda açıq ərazidə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyinin “112” qaynar telefon xəttinə rayonuun Təzə Şilyan kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində kol-kos və qamışlıq sahədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən ərazidə yerləşən kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 15ha sahədə kol-kos və qamışlıq yanıb.
Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.
Fuad Hüseynov
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2025, 08:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təhsil sisteminin ağrılı yeri: Məktəblərdə müəllim çatışmazlığı və onun yaratdığı problemlər

SOCAR ərazisində qanunsuz tikinti: SOKAR-da Binəqədi icra hakimiyyətidə göz yumur – VİDEO

Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” — VİDEO/FOTO

Real TV-nin efirində deputatın dili topuq vurdu - Aparıcı düzəltmək istəsə də... + VİDEO