reklam
Regionxeberlericom.az » Hadisə » Xızıda baş verən yanğın söndürüldü - Yenilənib

reklam

Xızıda baş verən yanğın söndürüldü - Yenilənib
















Xızı rayonunun Tıxlı kəndində bələdiyyə ərazisində yanğın baş verib.

Güclü külək səbəbindən yanğın meşə sahəsinə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təxirəsalınmaz tədbirlər həyata keçirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova  saytımıza bildirib ki, yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşlar ehtiyatlı və diqqətli olmalıdır.

“Vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyət hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırırıq”.

FHN-in “112” qaynar xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik reylefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir.

Əlavə məlumat veriləcək.

****

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 18:15-də məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 19:10-da tam söndürülüb.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları iştirak edib.





Paylaş:


Müəllif : Tarix:
8-07-2023, 20:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər