Sosial evlərə görə “ASAN xidmət”in keçmiş əməkdaşları həbs olundular
Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 6 saylı "ASAN xidmət" mərkəzinin keçmiş əməkdaşları həbs olunublar.
RegionXəbərləricom.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü Xəqani B. və 1969-cu il təvəllüdlü Arzu C.-nin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, cinayət işi açılan 1985-ci il təvəllüdlü Xəqani B. 2013-cü ildən Sabirabad rayonunda yerləşən "ASAN xidmət" mərkəzində baş məsləhətçi olaraq işləyib, 2020-ci ilin avqust ayının 6-dan isə Bakının Xətai rayonunda yerləşən 6 saylı "ASAN xidmət" mərkəzində işləməyə başlayıb. 1969-cu il təvəllüdlü Arzu C. isə 2021-ci ilin avqust ayından oktyabr ayına kimi 6 saylı "ASAN xidmət" mərkəzinin yeməkxanasında işləyib.
Aparılan araşdırma zamanı məlum olub ki, Arzu C. Respublika Diaqnostika Mərkəzində və digər yerlərdə çalışan 18 tanışının hər birindən 5, 10, 23 min manatadək pul alaraq onlara iş yoldaşı Xəqaninin vasitəsilə sosial evlər layihəsindən 1, 2, 3 otaqlı mənzillər alacağını vəd edib. Zərərçəkmişlər onun dediklərinə inanaraq "Old Castle" kafesində və "ASAN xidmət"in sanitar otağında sözügedən vəsaiti Arzuya veriblər.
Arzu onlara iş yoldaşı Xəqaninin Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) tanışlarının olduğunu, sosial evlər layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə zərərçəkmiş şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərəcəyini bildirib. Məhkəmədə Arzu C. zərərçəkmişlərdən aldığı pulu Xəqaniyə verdiyini və həmin şəxsin onları aldadaraq pulları mənimsədiyini deyib.
Xəqani isə əksinə, ifadəsində bildirib ki, Arzu zərərçəkənlərdən pul alaraq, şəhərin mərkəzində oğlu ilə bərabər "Old Castle" kafesini açıb. Həmin restoranı icarəyə götürərək, 70-80 min manat təmirə pul xərcləyib. Arzu əksər zərərçəkmiş şəxslərlə də məhz həmin kafedə görüşüb, pulları alıb. Həmçinin bildirib ki, Arzu özünə maşın alıb və tez-tez bahalı istirahətlərə yollanıb.
Zərərçəkmişlər 6 saylı "ASAN xidmət" mərkəzinin keçmiş əməkdaşlarından şikayətçi olduqlarını deyiblər. Məhkəmənin qərarı ilə Xəqani 1 il 11 ay 27 gün, Arzu isə 2 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-03-2025, 21:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC